Ermənistan Bakıya uçuşların sayını açıqladı

04.06.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin nümayəndələri olub”, - qeyd olunub.

Bildirilib ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrut fəaliyyətə başlayandan indiyədək 68 belə reys həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью