Ermənistan Baş nazirinin Administrasiyası: “Daşnaksütyun” bədbəxtdir

25.08.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan daşnak deputat İşxan Saqatelyanın ABŞ-də imzalanmış Azərbaycan-Ermənistan razılaşmalarına qarşı iddialarına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, o, “Daşnaksütyun” təşkilatını bədbəxt adlandırıb.

“Daşnaklar”ın fikrincə, (Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş) 10 noyabr bəyanatı kapitulyasiya idi, amma indi onlar 10 noyabr sənədinə qayıtmağı təklif edirlər. “Daşnaklar”ın fikrincə, 10 noyabr erməni xalqı üçün ən faciəli günlərdən biri idi, amma indi 10 noyabr sənədinə qayıtmağı istəyirlər. Bu, 130 yaşlı “Daşnaksütyun”un bədbəxtliyidir”, - Çaxoyan qeyd edib.

Nikol Paşinyan administrasiyasının rəsmisi qeyd edib ki, daşnaklar avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında razılaşma əldə etdikdən sonra fikirlərini dəyişiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью