Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 13 yanvar, AZƏRTAC Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi və bir gülük antiterror tədbirləri ilə torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdi.
Bununla da ərazimizdə separatizmin kökü kəsildi. Hər iki əməliyyat 45 gün çəksə də, bunun arxasında Ermənistanın zülmü, işgəncəsi, işğalı, s
Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə beynəlxalq hüququn güc tətbiq edilməsi və güc təhdidi qadağandır, beynəlxalq mübahisələr
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Ermənistan silahlı münaqişənin başladılması və aparılması ilə beynəlxalq hüququn nəzərdə tutulan 10 prinsipinin böyük hissəsini, eyni zamanda, bir çox Konvensiyaların və müharibə qanunu kimi tanınan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə və böyük həcmdə pozub.
Törədilən cinayət əməlləri dövlət tərəfindən təşkil olunmuş silahlı birləşmələr və ya dövləti təmsil edən şəxslər tərəfindən, eyni zamanda, dövlətin siyasi qərarı ilə həyata keçirilib.
“Beynəlxalq humanitar hüququn pozulması beynəlxalq cinayət məsuliyyəti yaradır və belə hallar “insanlıq əleyhinə”, “müharibə cinayətləri” və “soyqırımı” cinayətləri kimi tövsif olunur.