Ermənistan Britaniya ilə əlaqələri strateji səviyyəyə gətirir

26.08.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan və Böyük Britaniya iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə qərar qəbul ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin yayıb.

Belə ki, Ermənistan XİN-in İrəvanda ölkənin xarici işlər nazirinin müavini Vaahn Kostanyanla Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşündən sonra yaydığı bəyanatda bildirilib:

“Tərəflər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşıblar. Onlar, həmçinin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью