Ermənistan bu əraziləri Azərbaycana verir SON DƏQİQƏ

14.04.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Ermənistan ordusu Qazax rayonunun sərhədində yerləşən Tavuş (Tovuzqala) vilayətindəki mövqelərindən geri çəkilir.

News24.az xəbər verir ki, bu iddia ilə “Hayekve” vətəndaş assosiasiyasının üzvü, siyasi ekspert Avetik Kerobyan çıxış edib.

Onun fikrincə, orduya sərhəddən geri çəkilmək, mövqelərindən enmək tapşırığı verilib.

“Onlara deyilib ki, bu əraziləri tərk edin. Çünki həmin istiqamətdə sərhədin delimitasiyası aparılacaq və müəyyən ərazilər Azərbaycana təhvil veriləcək. Yaxın gələcəkdə Azərbaycan ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq”, – o bildirib. ("Operativ Məlumat Mərkəzi”)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью