Icma.az, Xalqcebhesi saytına istinadən bildirir. “Məlum məsələdir ki, COP29-un baş tutan tədbirlərində bu günədək Ermənistan nümayəndə heyət
Bununla bağlı ölkə başçısının da, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də bəyanatları s
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Sultan Zahidov söyləyib.
Politoloq bunun Ermənistan üçün itirilmiş bir imkan olduğunu deyib: “Çünki COP29 dünyanın ən mötəbər tədbirlərindən biridir.
Qlobal təhlükəsizliyi təhdid edən ən ümdə məsələlər, o cümlədən iqlim dəyişikliyi məsələləri bu tədbirdə müzakirə olunur.
Ermənistanın bu tədbirdə iştirak etməməsi bir daha bu ölkənin regional və qlobal problemlərin həllində maraqlı olmadığının göstəricisidir.
Bu platforma, eyni zamanda, Azərbaycan və Ermənistan tərəfləri üçün sülh danışıqlarını irəlilətmək üçün bir imkan ola bilərdi.
Ermənistan bu imkanı, fürsəti də qaçırır. Bu da həmçinin Ermənistanın sülh prosesini sürətləndirmək marağında olmamasına dəlalət edir”.