Ermənistan bu gün silahlanır | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ünvanlanan suallara istinadən deyə bilərəm ki, bu sualları incələyən hər bir şəxs açıq-aşkar bizim də regionda yenidən müharibə ocağının alovlandırılması istiqamətində atılan addımları görə bilər".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
O bildirib ki, bu addımları kim atır, bəllidir: "Dünyanı bu gün qarışdıran, dünyanın bütün nöqtələrinə xaos gətirən qüvvələr var.
Onlar istəyirlər ki, Qafqazda da bu vəziyyəti körükləsinlər.
Ən acınacaqlısı da odur ki, Qafqaz dövlətləri içərisində xüsusən də Ermənistanın əli ilə Qərbin bəzi dairələri öz çirkin niyyətlərini addım-addım həyata keçirməyə çalışırlar.
Paşinyanın öz istəyinə qalsa, hesab etmirəm ki, Paşinyan Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı yenidən müharibə, yaxud da lokal müharibələr həyata keçirsin.
Əksinə Paşinyan özü qərarı vermiş olarsa, müharibə başlatmaq niyyətində olsa, hesab edirəm ki, bu, Paşinyanın tamamilə sonunu gətirmiş olar.
Tam oxu
Xəbəri oxu