Ermənistan bu hüququnu itirə bilər: Moskvadan XƏBƏRDARLIQ

11.08.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səlahiyyətlərinin mümkün məhdudlaşdırılması məsələsinə təşkilatın noyabrın 11-də Moskvada keçiriləcək sammitində baxıla bilər.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “TASS”-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, KTMT üzv dövlətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər barədə qərarları Kollektiv Təhlükəsizlik Şurası qəbul edirMüvafiq səlahiyyətlər təşkilatın nizamnaməsində təsbit olunub. 

Qaluzin qeyd edib ki, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və bütün iştirakçılar üçün öhdəliklər nəzərdə tutur.

Xüsusilə, təşkilata üzv dövlətlər onun orqanlarının fəaliyyətini vaxtında maliyyələşdirməlidir.  “İrəvanın təşkilatın işində iştirak etməkdən imtina etməsi və büdcəsi ilə bağlı illik qərarları imzalamaması yalnız onun öz hüququndan istifadə etməməsi deməkdir.

Lakin bu, onun Ermənistanın milli ianəni vaxtında ödəmək öhdəliklərni ləğv etmir. 

Onun sözlərinə görə, təşkilatın nizamnaməsi dövlətlərin öz öhdəliklərini yerinə yetirməyəcəyi  halı ilə bağlı prosedurlar nəzərdə tutur.

Qeyd edək ki, Rusiyanın KTMT-dəki nümayəndəsi və alyansın ali orqanı olan Şuranın sədri Viktor Vasilyev də bu yaxınlarda analoji açıqlama ilə çıxış edib.
Vasilyev noyabr ayında Ermənistanın üzvlük ianələrini ödəmədiyinə görə səsvermə hüququndan məhrum ediləcəyini deyib. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью