Ermənistan bu ölkələrdəki səfirlərini dəyişdi

04.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə ölkədəki səfirləri dəyişib.

"Unikal" erməni mediasına isitnadla xəbər verir ki, Xaçaturyanın sərəncamları ilə Tiqran Mkrtçyan (Ermənistanın Yunanıstandakı səfiri) Ermənistanın Kiprdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ermənistanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Suren Bağdasaryan eyni vaxtda Ermənistanın Filippindəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfir Armen Gevondyan Ermənistanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью