Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ermənistan hökumətinin 11 iyunda keçirilən iclasında buğdanın ixracına müvəqqəti, yəni altı ay müddətinə qadağa qoyulması barədə qərar qəbul edilib.
"Cebheinfo.az" xəbər verir ki, qərar ərzaq təhlükəsizliyinin təmin edilməsi və Ermənistan iqtisadiyyatının sabitləşdirilməsi məqsədi daşıyır.
Səbəb bu məhsulun daxili istehsalının Ermənistan bazarında tələbatı ödəməməsi və bu tələbat əsasən idxal hesabına ödənilməsidir. Qadağa "təkrar ixrac" gömrük prosedurundan keçən Ermənistana idxal və ixrac edilən mallara şamil edilməyəcək.
Başqa bir qərarda, həmçinin istifadə olunmuş avtomobil səsboğucu katalitik çeviricilərindən çıxan keramika tullantılarının ixracına müvəqqəti altı aylıq qadağa qoyulub. Bu qərar Ermənistanda ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması səyləri ilə izah edilib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin