“Ermənistan bununla düşdüyü iqtisadi tənəzzüldən qurtulmaq istəyir” | Icma.az
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişinin bağlanmasını Ermənistan və ABŞ arasında olan münasibətlərin məntiqi sonu kimi qiymətləndirmək olar.
Yəni hər şey bu istiqamətdə gedirdi, sadəcə rəsmiləşməmişdi. Uzun illərdir Qafqazda Qərbin və ABŞ-nin dayaq ölkələrindən biri Gürcüstan idi.
Ancaq Rusiyanın İvanişvilini Gürcüstanda hakimiyyətə gətirməsi ilə ABŞ Qafqazda öz dayaqlarını itirmiş oldu.
Buna baxmayaraq ABŞ bu istiqamətdə çox çalışırdı. Axır ki, onlar Paşinyanı hakimiyyətə gətirməyə müvəffəq oldular.
Bununla da Rusiyanın Qafqaz regionundan sıxışdırılması prosesi yeni vüsət aldı”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Vəli Əlibəyov deyib.
Politoloq əlavə edib ki, Gürcüstandan fərqli olaraq Ermənistan ABŞ üçün daha məqbul “müttəfiq”dir: “O baxımdan ki, Ermənistan çox zəif ölkədir, hər hansı bir təklifə o, iki əllə hə deyəcək və qarşılıqlı əməkdaşlıqdan gözləntiləri elə də çox deyil.
Tam oxu
Xəbəri oxu