Icma.az bildirir, Bizimyol portalına istinadən. “2020-ci il 44 günlük müharibədə Azərbaycan 30 il müddətində itirdiklərini geri qaytarmağa b
Ondan sonrakı mərhələdə 2023-cü ilin 19-20 sentyabrda Xankəndi və ətraf bölgələrdə lokal antiterror əməliyyatı keçirildi.
Nəticədə ermənilər oradan könüllü surətdə çıxıb getdilər və bu da tarixin bir mərhələsi oldu”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb.
Deputat qeyd edib ki, həmin tədbirlər nəticəsində erməni separatizminə rəhbərlik edən adamların bir qismi rəşadətli Azərbaycan ordusu, xüsusi təyinatlılar tərəfindən həbs olundu, onlar Azərbaycan məhkəmələrində mühakimə olunur.
Deputat hesab edir ki, separatizmə rəhbərlik edən və ya dəstək verən şəxslər çox sərt şəkildə cəzalandırılmalıdır.
Elşad Musayev “Azərbaycan xalqına qarşı soyqırım həyata keçirmiş Ermənistan sabiq siyasi rəhbərliyi Levon ter Petrosyan, Koçaryan, Sarkisyan cəzalanmalı şəxslər sırasındadır.
Onların biri digərindən elə də fərqlənmir. Eyni qaydada faşizm ideologiyası əsasında azərbaycanlılara qarşı davranıblar.