Ermənistan COP29a dəvət edilib, gəlibgəlməmək onların öz qərarıdır

11.11.2024

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son bir ildə Ermənistanla Azərbaycan arasında fəal danışıqlar nəticəsində ciddi irəliləyişlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər var.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev COP29-da iştirak etmək üçün Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə deyib.

Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью