“Ermənistan COP29da iştirak etmək üçün rəsmi ərizə də təqdim etməyib”

15.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“COP29 tədbirində iştirakla bağlı Ermənistana da müvafiq olaraq dəvət göndərilib”. Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat əlavə edib ki, amma indiyə qədər Ermənistanın tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı hər hansı məlumat təqdim olunmayıb: “Sözsüz ki, qlobal əhəmiyyətli COP29 müzakirəsində iştirak hər bir dövlət üçün önəmlidir. Ümumiyyətlə, Ermənistan Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün rəsmi ərizə də təqdim etməyib”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью