Ermənistan çox şey itirəcək Matviyenkodan xəbərdarlıq

12.11.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı verərsə, çox şey itirəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Onun sözlərinə görə, təşkilatda üzvlüyünü davam etdirmək və ya dayandırmaq Ermənistanın öz hüququdur. Lakin KTMT-dən çıxmaq ölkə üçün ciddi nəticələrə səbəb olacaq.
“Bundan sonrası Ermənistanın öz hüququdur – KTMT-də üzvlüyünü qoruyub saxlamaq, yoxsa yox. Düşünürəm ki, əks halda Ermənistan çox şey itirəcək”, – deyə o, Vyetnama səfərinin yekunları ilə bağlı jurnalistlərlə söhbətində vurğulayıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью