Ermənistan daxilində siyasi dinamika Paşinyanın nəzarətində deyil

24.11.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Ermənistanın yeni Konstitusiya aktının təqdim edilməsi və TRİPP marşurutu üzrə işlərə start verilməsi Bakı - İrəvan xəttində sülh prosesinin keyfiyyətcə yeni mərhələyə keçid ehtimalını qüvvətləndirir. Bütün bunlar müsbət addımlardır. Lakin proses yenidir və Ermənistan daxilində siyasi dinamika tamamilə Paşinyanın nəzarətində deyil".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, erməni müxalifəti və onları dəstəkləyən bəzi xarici qüvvələr iki ölkə arasında normallaşma prosesinin qarşısını almağa çalışır:
"Bu səbəbdən sülhün hüquqi və insitutsional təminatlarının formalaşması həm zaman, həm də emosional dayanıqlılıq tələb edir. Təbii ki, rəsmi Bakı mövqeyində qərarlıdır və yeni açıqlanan Konstitusiya aktında ərazi iddialarının çıxarılması bizim maraqlarımıza uyğundur".
Pərviz Mirizadə qeyd edib ki, TRİPP layihəsi üzrə sözlərin praktik müstəviyə keçidi regionun iqtisadi xəritəsində strateji dəyişiklərin bir hissəsidir:
"Bu minvalla həm Naxçıvan, həm də ümumi olaraq Orta Dəhliz kontekstində strateji üstünlük təmin edilir. Mövcud dinamika Ermənistan üçün də iqtisadi müstəqilliyin təmin olunması baxımından vacibdir. Təbii ki, Bu proses özü də yenidir və istər layihə üzrə təhlükəsizlik məsələlərinin həlli, istərsə keçid mexanizmlərinin yaradılması müəyyən qədər zaman tələb edir. Və ən əsası Paşinyanın referendumda qalib və yaxud məğlub olması gedişata təsir edəcək bir haldır. Bu səbəbdən hadisələri qabaqlamaqdan daha çox gedişatı izləmək və zəruri manevrlər etmək şərtdir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью