Ermənistan DİN paytaxt məktəbində xəsarət alan şagirdlərlə bağlı faktı araşdırır

02.10.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvandakı məktəbdə fövqəladə hadisə barədə daxil olmuş məlumatı yoxlayır.

Bu barədə Ermənistan KİV-ləri qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, bir neçə şagirdin binanın ikinci mərtəbəsindən atılması barədə məlumat daxil olub.

Hadisə 117 nömrəli məktəbdə baş verib: təxminən 20 uşaq müəllimin onları sinifdən qovmasından sonra pəncərədən atlayıb. Şagirdlərdən biri - 14 yaşlı qız ağır xəsarətlər alıb və tibb mərkəzinə çatdırılıb. Ona lazımi yardım göstərilir. Qız əməliyyat olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью