Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu gün bütün dünyanın üzləşdiyi çağırışlar bizi sülh və sabitliklə bağlı məsələlərdə daha ayıq-sayıq olmağa məcbur edir.
Qeyd olunanları nəzərə alan Ermənistan, Azərbaycanla münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının 31-ci sessiyasında çıxışında deyib.
Nazirin sözlərinə görə, bu il ikitərəfli danışıqlar 1991-ci il Alma-Ata Bəyannaməsini demarkasiya üçün əsas kimi qəbul edən Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası reqlamentinin imzalanmasına gətirib çıxarıb: "Boz 12 km-dən çox sərhədin demarkasiyasına nail olduq və ümid edirik ki, bu sənəd prosesin səmərəli davam etdirilməsinə zəmin yaradacaq və bununla da regionda sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək.
Ölkələrimiz arasında Sülh Sazişinin imzalanması istiqamətində də müəyyən irəliləyiş əldə etmişik.
Biz sazişin 17 maddəsinin 15 layihəsi üzrə razılığa gəlmişik və kifayət qədər siyasi iradə olarsa, onu tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar.
Ermənistan davamlı olaraq sazişi imzalamağa və Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu sübut edib".