Ermənistan ehtiyatda olanları orduya çağırır KONKRET

09.01.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda 2025-ci il fevralın 4-dən aprelin 18-dək ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək.

KONKRET.az xəbər verir ki, müvafiq qərar yanvarın 9-da Ermənistan hökumətinin iclasında qəbul edilib.

Hazırda təlim-məşq toplanışının məqsədləri, iştirak edən ehtiyatda olan hərbçilərin tərkibi, ümumi sayı, ixtisaslar müəyyənləşdirilir.

Bildirilib ki, elan edilmiş təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью