Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənistan əvvəl-axır məcbur olub Qərbi azərbaycanlıların qayıdış məsələsini qəbul edəcək" - AÇIQLAMA "Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır" Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.
Bəs görəsən bu təklifin reallaşdırılması hansı problemləri həll edə bilər?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib: "Qərbi Azərbaycan məsələsi bizim üçün böyük və tarixi əhəmiyyətə malikdir.
Qərbi Azərbaycandan olan soydaşlarımızın ora qayıdış məsələsi həm də prioritet hədəflərdən biridir.
Bu gün soydaşlarımızın öz dədə-baba yurdlarını görmək hüquqları mövcuddur.
Ermənistan beynəlxalq hüququ tapdalayaraq bu günə qədər soydaşlarımızın qayıdış məsələsinə əngəllər törətməyə çalışır.
Bu baxımdan Milli Məclisdə də Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndələrin təyin olunması təklifi kifayət qədər obyektiv və zamanın reallığına uyğun olan bir məsələdir.