Ermənistan fəalları artıq Bakıdadır Adlar

21.11.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

2025-ci il noyabrın 21-də bir qrup Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Azərbaycanın paytaxtına səfər edib.

"Yeni Sabah" xəbər verir ki, bu səfər Azərbaycan nümayəndə heyətinin 21-22 oktyabr 2025-ci il tarixlərində Ermənistanın paytaxtına səfərinə cavab xarakteri daşıyır.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri avqustun 8-də Vaşinqtonda Birgə Bəyanatın qəbul edilməsindən sonra müəyyən edilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.

Xatırladaq ki, Ermənistan hökuməti İrəvanla Bakı və Bakı ilə İrəvan arasında çarter reyslərinin təşkili üçün təxminən 18 milyon dram vəsait ayırıb.

Bu səfərdə Ermənistanı Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью