Ermənistan Fransaya hərbi attaşe təyin etdi

15.07.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Fransaya hərbi attaşe təyin edib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə Artur Aznavuryan təyin edilib.

Müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

A.Aznavuryan avqustun 1-dən vəzifəyə başlayacaq və Fransa paytaxtında üç il işləyəcək.

Daha əvvəl o, Ermənistanın İrandakı hərbi attaşesi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью