Ermənistan Futbol Federasiyası dələduzluqda ittiham olunur

27.02.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ermənistan Futbol Federasiyasında (EFF) "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bu günlərdə ətraf mühit naziri Akop Simidyanın himayədarı olduğu federasiyanın Texniki Mərkəz-Akademiyasında yoxlamalar aparılıb və araşdırmalar çərçivəsində əməkdaşlardan biri saxlanılıb.

Qeyd olunur ki, EFF rəhbəri Armen Melikbekyan və onun müavini Armen Nikoqosyan futbolu inkişaf etdirə bilmirlər. Müxtəlif yaş kateqoriyalarından olan milli komandaların biabırçı nəticələri, böyük investorların futboldan getməsi kimi problemlər bu yarıtmaz fəaliyyətin göstəriciləridir. Minlərlə azarkeş, hətta bəzi klublar EFF rəhbərliyinin istefasını tələb edir.

Federasiyadakı vəziyyət, EFF vasitəsilə oğurluqlar və ordudan yayınmalar haqqında çoxsaylı məlumatlara baxmayaraq, indiyədək dövlət məsələyə münasibət bildirməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью