Ermənistan futboluna türk prezident rəhbərlik edir? AÇIQLAMA | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan Futbol Federasiyasının Prezidenti Armen Melikbekyan cəmiyyətdə “türk” və “türksevər” adlandırılması ilə bağlı jurnalistin sualını cavablandırıb.
Globalinfo.az xəbər verir ki, jurnalist onun xalq arasında “türk” kimi tanındığını və bunun səbəbinin nə olduğunu soruşub.
Melikbekyan suala təccüblənib və iddianı təkzib edib: “Kim deyir ki, mən türkəm? Ümumiyyətlə “türksevər” nə deməkdir, bilmirəm.
Mən yalnız Ermənistan Respublikasının vətəndaşıyam. Ölkəmi və xalqımı çox sevirəm. Bu, fəaliyyətimdə də aydın şəkildə görünür.
UEFA və FİFA da bunu çox gözəl bilir. Sadəcə ölkəmin maraqlarını qoruyur və onun üçün çalışıram”.
Ayşən Mustafa Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu