Ermənistan gələn ilin büdcəsini açıqladı

01.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistan hökuməti 2027-ci il üçün dövlət büdcəsinin layihəsini təsdiqləyib. 

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, sənəd müəyyən edilmiş prosedurlara uyğun olaraq parlamentə təqdim ediləcək.

Konsolidasiya edilmiş büdcə gəlirlərinin 3 trilyon 829,9 milyard dram, xərclərin isə 4 trilyon 298,1 milyard dram olacağı proqnozlaşdırılır. Büdcə kəsirinin 468,2 milyard dram təşkil edəcəyi gözlənilir.

2027-ci ildə Ermənistan icmalarının büdcə gəlirləri və xərclərinin hər birinin 417,6 milyard dram səviyyəsində olması planlaşdırılır.

Layihədə həmçinin 3 faiz inflyasiya hədəfi müəyyən edilib. Hədəf üzrə hər iki istiqamətdə 1 faiz bəndi tolerantlıq nəzərdə tutulur.

Qanun qəbul edildikdən sonra 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью