Ermənistan hakimiyyəti son addımları ilə təhlükə saçır Samir Vəliyev | Icma.az
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ümumiyyətlə, Ermənistan hakimiyyəti son addımları ilə təhlükəli oyunlar oynayır.
Rəsmi İrəvanın Qərb tərəfindən silahlandırılması, müəyyən kənar qüvvələrin kəşfiyyat orqanlarının bu ölkədə yerləşdirilməsi regionumuzda sabitliyə xidmət etmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
O bildirib ki, Ermənistan parlamentinin Avropa İttifaqına üzvlüyü müraciətlə bağlı sənədin qəbul olunması, ABŞ ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır: "Paşinyan hakimiyyətinin bu davranışı təbii ki, Rusiyanı ciddi narahat edir.
Çünki Ermənistan indiyə qədər Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib.
İndi isə Paşinyan hakimiyyəti öz davranışı ilə Qərbin əlaltısına çevrilir.
Əslində, Paşinyanın bu siyasəti Rusiya tərəfindən xoş qarşılanmır.
Tam oxu
Xəbəri oxu