Ermənistan Hava Yolları uçuşları dayandırdı SƏBƏB KONKRET

17.03.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Hava Yolları uçuşları müvəqqəti olaraq dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.  Qərar inventarlaşdırma və yeni təyyarələrin alınması ilə bağlıdır.

Qeyd olunur ki, aviaşirkət bu vaxtı təyyarə parkının yenilənməsinə və yeni təyyarələrin alınmasına sərf edəcək.  Xatırladaq ki, 2024-cü il oktyabrın ortalarında aviaşirkətin uçuşları noyabrın 22-dək dayandıracağı bildirilmişdi. Daha sonra bu müddət dekabrın 9-dək uzadıldı.  Uçuşların Moskva, Mineralnıye Vodı, Soçi, Ufa, Kazan, Volqoqrad, Dehli, Batumiyə yerinə yetiriləcəyi dəqiqləşdirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью