“Ermənistan hələ də siyasi müstəqil dövlət deyil” | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Erməni icmasını indiki Ermənistan adlanan, əslində, isə Qərbi Azərbaycan torpaqlarına çar Rusiyası köçürüb və ona böyük üstünlüklər verib.
Ermənistanı 1918-ci ildə xaricdə müəyyən dairələr Qərbi Azərbaycan torpağında yaratdılar.
SSRİ dövründə SSRİ rəhbərliyi başqa respublikaların, ilk növbədə Azərbaycanın hesabına Ermənistanın problemlərini həll etdi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
Deputat qeyd edib ki, eyni zamanda, SSRİ dağıldıqdan sonra da yeni Rusiya Ermənistana maksimum dəstək göstərdi, erməni icması Rusiyadan maksimum nə mümkünsə alandan sonra artıq Qərbə meyl etməyə başlayır və hazırda Ermənistan cəmiyyəti Qərbə meyl edənlərlə Rusiyaya meyl edənlər arasında parçalanır: “Bu, Ermənistanın qərbləşməsi deyil.
Sadəcə olaraq onlar artıq Rusiyadan istədiklərini alıblar. Əlbəttə ki, Rusiyanın müəyyən dairələri Ermənistanın bu fikrini qəbul edə bilmir.
O baxımdan Ermənistan və Rusiya arasında vaxtaşırı fikir ayrılığının üzə çıxması tamamilə gözlənilən bir işdir”.
Tam oxu
Xəbəri oxu