Icma.az, Redaktor.az portalına istinadən məlumat verir. Sülh danışıqlarının getdiyi bu müddətdə Ermənistan təxribatlarından yenə də əl çəkmi
Belə ki, dünən qarşı tərəf bi neçə dəfə mövqelərimizi atəşə tutub. Bundan əlavə Ermənistan ordusunu sürətlə silahlandırmağa davam edir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Azər Bayramov bildirdi ki, Ermənistan sülh danışıqlarında manipulyasiya ilə məşğuldur.
"Çünki biz Ermənistanın əməli olaraq tamamilə sülhə zidd fəaliyyətlərini müşahidə edirik.
Burada sürətli şəkildə ordusunun silahlandırılması, orduda islahatların aparılması, ehtiyatda olan hərbçilərin orduya cəlb olunması yönündə riyakar fəaliyyətləri Ermənistanın sülhlə bağlı danışıqlarının absurd və yalan olduğunu bir daha sübut edir.
Biz son vaxtlar Azərbaycan və Ermənistan şərti həmsərhəd bölgəsində növbəti təxribatları izləyirik.
Burada, ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla şərti həmsərhəd ərazilərə, "Ekrapa" terrorçu qruplaşmanın üzvlərini yerləşdirib və bu da bir daha Ermənistan hakimiyyətinin sülhlə bağlı nə qədər "niyyətli" olduğunun göstəricisidir.
Bundan öncə də məhz həmin o terrorçu qruplaşmaların mövqelərimizə qarşı təxribatlarını biz müşahidə etmişdik.