Ermənistan hərbi büdcəsini artırmayacaq

21.08.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında danışarkən deyib. O bu mövzu ilə əlaqədar maliyyə naziri Vahe Hovannisyanın bəyanatına münasibət bildirib.
Maliyyə naziri ötən günlərdə diqqətə çatdırmışdı ki, Vaşinqtonda Azərbaycan tərəfi ilə sülh sazişinin paraflanması fonunda Ermənistan hökuməti gələn ilin büdcəsində müdafiə xərclərinin payını cari illə müqayisədə azaltmağı planlaşdırır.
Paşinyan: "Konstitusiya üzərində işləyirik"
"2026-cı il üzrə büdcədə nəinki müdafiə xərclərində, ümumilikdə hər hansı payda əhəmiyyətli artım nəzərdə tutulmur. Zənnimcə, bu, məntiqlidir, ən azından, hazırda qiymətləndirməmiz bu cürdür", – Paşinyan söyləyib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh bəyannaməsi imzalanıb.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью