Ermənistan hesabımıza inkişaf edib, indi isə... Lavrov

28.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Hazırda İrəvandakı rəhbərlik erməni xalqının maraqlarından fərqli olaraq başqa məqsədləri rəhbər tutur.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Rusiya ilə Ermənistan xalqlarının maraqları əsrlər boyu bir-biri ilə sıx bağlı olub və Moskva dəfələrlə çətin vəziyyətlərdə Ermənistana dəstək verib. Ermənistan rəhbərliyi hazırda Avropa Birliyinə (AB) istiqamət götürüb və AB-yə üzvlük prosesinə başlamaq barədə qanun qəbul edib. Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistan rəhbərliyinə referendum keçirərək seçim etməyi təklif edib. AB-yə qoşulmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq. Bu, tamamilə əsaslı tələbdır, çünki hər iki təşkilatın qaydaları bir-biri ilə uyğun gəlmir. Paşinyanın “vaxtı gələndə qərar verəcəyəm” açıqlaması erməni seçicilərə etimadın yüksək olmadığını göstərir. Son üç ildə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 6 milyard dolları keçib, bir ildə isə 12 milyard dollara çatıb. Ölkə Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib”, - Lavrov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью