Ermənistan Hindistanla daha 78 artilleriya qurğusu almağa dair

21.11.2024

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu barədə Indian Defense Research Wing (IDRW) məlumat yayıb.
Ermənistan bölgədə yeni müharibə riskini artırır “Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif ərazilərində müstəsna imkanlar nümayiş etdirən 60 "ATAGS" sistemlərinin uğurlu fəaliyyətinin nəticəsidir. 6 haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı ilə təsdiqlənib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib.
Ermənistan Müdafiə Nazirliyi "ATAGS"ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq sistemə daxil edilmiş diqqətəlayiq xüsusiyyətlər arasında əməliyyatı asanlaşdıran erməni dilində interfeys də var",- deyə bildirilib.
Həmidə İbrahimova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью