Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan hökuməti 2026-2031-ci illər üçün iş planını təsdiqləyib.
Bakıvaxtı.az "News.am"a istinadən xəbər verir ki, qərar noyabrın 19-da keçirilən hökumət iclasında qəbul olunub.
Baş nazirin müavini Mher Qriqoryan bildirib ki, yeni plan 6 əsas sahə üzrə 733 tədbiri əhatə edir. Tədbirlərin çoxu 2021-2026-cı illərdə başlanan islahatların davamı olacaq.
Onun sözlərinə görə, təhlükəsizlik və xarici siyasət sahəsində hökumət Ermənistanla Azərbaycan arasında əldə olunan sülhü möhkəmləndirməyi, "Sülhün Kəsişməsi" təşəbbüsünü həyata keçirməyi və Aİ-yə gedən Ermənistan vətəndaşları üçün viza rejiminin yumşaldılmasına nail olmağı planlaşdırır.
Qriqoryan qeyd edib ki, yeni planda təhsil əsas istiqamət kimi müəyyən edilib. Hökumət həmçinin ölkədə yoxsulluğu 5 faiz azaltmağı hədəfləyir. İqtisadi siyasətdə əsas diqqət məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına, ticarətin şaxələndirilməsinə yönəldiləcək.
Gülşən Şərif