Ermənistan hökumətinə Aİ dən məsləhətçilər təyin olunub

24.03.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin edilib.

APA-nın xəbərinə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan parlamentdə çıxışında bildirib.

Qeyd edilib ki, Avropa İttifaqından yüksək rütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa 5 müxtəlif nazirliyi məsləhətçilər göndərib. Eyni zamanda digər ölkələrdən ekspertlərinin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.

Paruyr Ovanisyan qeyd edib ki, yaxın aylardan Avropa İttifaqı ilə danışıqların gündəliyinə dair yeni sazişin imzalanması planlaşdırılır. Bu, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iyun ayında keçirilməsi nəzərdə tutulan iclasında imzalana bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью