Ermənistan hökumətinin sabiq rəhbəri Baş nazir vəzifəsinə namizəd olacağını bildirib

27.01.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda keçiriləcək parlament seçkilərində Respublika Partiyasının Baş nazirliyə namizədi partiyanın lideri, keçmiş Baş nazir (1999-2000) Aram Sarkisyan olacaq.

APA “Armenpreess”ə istinadən xəbər verir ki, Sarkisyan bu barədə partiyanın "Facebook" səhifəsində yerləşdirilən videoda bildirib.

“Partiyamız bu məsələ ilə bağlı çoxdan qərar verib və bu mövzu rəsmi olaraq müzakirəyə çıxarılacaq: mən mütləq Baş nazirliyə namizəd olacağam və düşünürəm ki, bu, təbiidir”, - Sarkisyan qeyd edib.

Aram Sarkisyan əlavə edib ki, ölkə parlamentində Qərb dəyərlərinə tam uyğun bir qüvvə görmək istəyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью