Ermənistan İrana humanitar yardım təklif edib

02.03.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İran və Ermənistan xarici işlər nazirləri Abbas Əraqçi və Ararat Mirzoyan telefon danışığı aparıblar.

Bu barədə "Report" İranın Ermənistandakı səfirliyinin bəyanatına istinadən xəbər verir.

Ermənistanlı nazir İrəvanın istənilən humanitar yardım göstərməyə hazır olduğunu bildirib və İran ətrafındakı böhranın diplomatik yolla həllinə ümid etdiyini ifadə edib.

İran XİN başçısı Abbas Əraqçi isə öz növbəsində ölkənin tammiqyaslı müharibə vəziyyətində olduğunu və müdafiəyə davam edəcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью