Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmaıl Bəqayi noyabrın 9-da keçirilən mətbuat konfransında İrəvan, Vaşinqton və Tehran arasında müzakirə olunan üçtərəfli bəyanatı şərh edib.
"AzPolitika" xəbər verir ki, Bəqayi bildirib ki, Ermənistan İrana TRIPP çərçivəsində atılacaq addımların regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərində və geosiyasi xəritəsində heç bir dəyişiklik yaratmayacağına dair zəmanət verib. Həmçinin bildirilib ki, tikinti işləri yalnız Ermənistan şirkətləri tərəfindən həyata keçiriləcək və əraziyə ABŞ qoşunları yerləşdirilməyəcək.
İran XİN nümayəndəsi vurğulayıb ki, İran layihədə ABŞ-nin iştirakı ilə bağlı yaranan potensial risklər və narahatlıqlar barədə mövqeyini dərhal Ermənistan tərəfinə çatdırıb:
"İran regionda nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyir, lakin bu layihələrin mövcud sərhədləri və geosiyasi balansı dəyişdirməməsində israrlıdır. ABŞ-nin regiondakı mövcudluğu və müdaxiləsi hər zaman sabitlik üçün təhdid və qeyri-müəyyənlik yaratdığı üçün İran prosesləri diqqətlə izləyir".