Ermənistan İstintaq Komitəsi: Hazırda 50 dən çox ünvanda axtarış aparılır

04.06.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda Ermənistanda 50-dən çox ünvanda axtarış aparılır.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Çoxsaylı şəxslərin maddi marağı və xüsusilə geniş miqyasda çirkli pulların yuyulması faktı ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı zamanı axtarışlar 50-dən çox ünvanda aparılır”, - İstintaq Komitəsinin məlumatında deyilir.

Digər detallar hələlik açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью