Ermənistan iyunun 17 də öz ərazisində ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq

15.06.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan 17-25 iyun tarixlərində öz ərazisində ABŞ ilə birgə keçirilən ənənəvi “Eagle Partner 2026” hərbi təlimlərinə ev sahibliyi edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu il təlimlərə Fransa və Yunanıstandan olan hərbçilər də qoşulacaqlar.

Məlumata görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində keçiriləcək.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının 250 hərbçisi, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının, Kanzas Milli Qvardiyasının 58 hərbçisi, Fransa ordusunun 24, Yunanıstanın isə 11 hərbi qulluqçusu iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью