Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12.08.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, söhbət Sevan-Martuni-Basarkeçər (Vardenis)-Ermənistan sərhədi istiqamətində uzanan M-10 avtomagistralının Basarkeçər bölgəsindən keçən hissəsindən gedir.

Məlumata görə, yolun yenidən qurulması işləri Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

Hazırda magistralın yenidən qurulan hissəsində asfalt-beton örtüyünün salınmasına da başlanılıb.

Qeyd edək ki, Basarkeçər rayonu Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью