Ermənistan Konstitusiyasında “erməni xalqı” sözü olmayacaq

26.11.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Nikol Paşinyanın elan etdiyi yeni Konstitusiyanın preambulasında “erməni xalqı” ifadəsi dəyişdirilib.

Gununsesi.info xəbər verir ki, yeni Konstitusiya layihəsinin preambulası  “Biz, Ermənistan Respublikasının xalqı” ifadəsi ilə başlayacaq.

Layihənin birinci maddəsinə əsasən, Ermənistan Respublikasının təsisçisi Ermənistan Respublikasının xalqıdır. Üçüncü maddədə isə xalq anlayışı Ermənistan vətəndaşlarının məcmusu kimi müəyyən edilib.

Qeyd edək ki, hazırkı Konstitusiya 16 fəsil və 220 maddədən ibarətdir. Yeni layihədə isə 12 fəsil və 89 maddə nəzərdə tutulur. Layihədə Ermənistanın parlamentli idarəetmə sistemi saxlanılsa da, onun bir sıra mexanizmlərinə yenidən baxılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью