Ermənistan “KTMT dalanı”na girib

16.08.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) gələcək iştirakı ilə bağlı qərar ağlabatan müddət ərzində qəbul edilməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş katib Taatbek Masadıkov “RİA Novosti”-yə bildirib. 

"Biz Ermənistanın KTMT-də gələcək iştirakı ilə bağlı qərarın ağlabatan müddət ərzində qəbul edilməli olduğu bilirik",- deyə Masadıkov deyib.

Bundan əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirmişdi ki, Ermənistanın təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edilməsi bütün üzv dövlətlərin konsensusunu tələb edəcək. Onun sözlərinə görə, bu məsələ, ehtimal ki, 11 noyabrda Moskvada keçiriləcək KTMT Kollektiv

Təhlükəsizlik Şurasının növbəti sessiyasında liderlər tərəfindən müzakirə olunacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, KTMT Ermənistanın üzvlük haqqını ödəməməsi səbəbindən öhdəliklərini yerinə yetirməyən dövlətlərə qarşı tədbirləri tənzimləyən nizamnamə müddəalarından istifadəni nəzərdən keçirəcək.

Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını faktiki olaraq dayandırıb. Baş nazir Nikol Paşinyan bunu müttəfiqlərin Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliklərinin 2021-2022-ci illərdə yerinə yetirilməməsi ilə izah edir.

KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью