Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan parlamentində jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sargis Xandanyan bildirib.
Deputat bu açıqlamanı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsinin noyabrın 11-də təşkilatın sammitində müzakirə oluna biləcəyi barədə sözlərini şərh edərkən verib.
Xandanyanın sözlərinə görə, Ermənistanın KTMT-də iştirakını yenidən aktivləşdirməsinə səbəb ola biləcək heç bir əsas yoxdur.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında ölkəsinin KTMT-də iştirakını dayandırdığını açıqlamışdı. O, “France 24” telekanalına müsahibəsində KTMT-nin Ermənistan qarşısında təhlükəsizliklə bağlı öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi.
Bizimyol.info