Ermənistan KTMT dən qovulur? Baş katib açıqladı

28.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın qovulması məsələsini qaldırmır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taatbek Masadikov bildirib.

O, Ermənistanın kollektiv təhlükəsizlik zəmanətlərini qorumağa davam etdiyini vurğulayıb:

“KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi qərarı maliyyə intizamının tələbləri ilə diktə edilən zəruri tədbirdir. İrəvan 2024-cü ildə üzvlük haqlarının ödənilməsini dayandırıb və təşkilatın nizamnaməsində iki ildən çox borcların səsvermə hüququna və kvota vəzifələrinə namizədlərin irəli sürülməsi hüququna məhdudiyyətlər qoyması nəzərdə tutulur. Eyni zamanda, Ermənistanın KTMT-dən çıxarılması məsələsi qaldırılmır və kollektiv təhlükəsizlik zəmanətlərini saxlayır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью