Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Ermənistanın 2026-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün “dondurulması” ehtimalı çox azdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunub.
“Ermənistanın KTMT-də üzvlüyünün “dondurulması” çox güman ki, baş verməyəcək.
Biz bunu bölgə təhlükəsizlik qurumunun nüfuzuna çağırış və qurumun digər üzv dövlətləri üçün nəticələr mənbəyi kimi qiymətləndiririk”, – deyə bildirilib.
Ermənistan Baş naziri Nikol Paşinyan 2024-cü il fevralın 23-də bəyan etmişdi ki, Ermənistan praktik olaraq KTMT-də iştirakını dondurub.
Safura Bənnayeva Globalinfo.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.