Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan KTMT üzvü olan dövlətlərin parlament komitə sədrlərinin fevralın 7-də Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan məlumat verib.
“Ermənistan tərəfi KTMT-yə üzv ölkələrin parlament komitələri sədrlərinin görüşündə iştirak etməyəcək”, - deyə Arutyunyan jurnalistlərə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, fevralın 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT ölkələrinin parlamentariləri ilə də görüş keçirəcək.
O əlavə edib ki, təşkilat çərçivəsində parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, KTMT Parlament Assambleyasının fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub, cari beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi də nəzərdə tutulub.
Türkan İSGƏNDƏRLİ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.