Ermənistan KTMT sammitində olmayacaq Uşakov

26.11.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində iştirak etməyəcək, lakin İrəvan xəbərdarlıq edib ki, görüşdə razılaşdırılmış sənədlərin qəbulunun əleyhinə deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov danışıb.

"Ermənistan iştirak etməyəcək, lakin onun nümayəndələri əvvəlcədən bəyan ediblər ki, sammitdə müvafiq razılaşdırılmış sənədlərin qəbuluna qarşı heç bir etirazları yoxdur", - deyə diplomat qeyd edib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan KTMT-nin işində iştirakını dondurub, çünki onun sözlərinə görə, bu struktur respublikanın suverenliyinə təhlükə yaradır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır. Lakin Ermənistan təşkilatdan çıxmaqla bağlı konkret qərarlar qəbul etməyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью