Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq və təşkilatla münasibətlərini dəyişmək ehtimalını görmədiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Ermənistan artıq uzun müddətdir KTMT çərçivəsində fəaliyyətini dayandırıb və təşkilata qayıtmaq üçün heç bir imkan görmür.
“Təşkilata qayıtmaq və münasibətimizi dəyişdirmək üçün heç bir ehtimal görmürük”, – deyə Mirzoyan vurğulayıb.
Murad İsmayıl