Ermənistan KTMTnin Astana sammitində iştirak etməyəcək

25.11.2024

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Onun sözlərinə görə, KTMT sammitində iştirak etməyəcək İrəvan planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.

Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 28-də Astanada keçiriləcək. Sammitdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq, bir sıra sənədlər qəbul ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью