Ermənistan KTMTnin Astana sammitində iştirak etməyəcək

25.11.2024

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.

Sitat.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

Onun sözlərinə görə, İrəvan KTMT-nin sammitində iştirak etməsə də, planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.

Qeyd edək ki, KTMT-nin sammitini noyabrın 28-də Astanada keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью